Baş qərargah rəisi helikopter qəzasında öldü – Helikopterdə olan daha 11 nəfər həlak olub

  • 17:46 - 08 Dekabr

Bu gün qəzaya uğrayan helikopterin göyərtəsində olan Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Bipin Ravat həlak olub. 

Avropa.info xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti "Twitter" səhifəsində məlumat yayıb.

“Dərin təəssüflə (sizə məlumat veririk) müəyyən edilib ki, qəza nəticəsində general Bipin Ravat, Madhulika Ravat (general Ravatın həyat yoldaşı) və helikopterdə olan daha 11 nəfər həlak olub”, - məlumatda deyilir. 

Hindistan Hərbi Hava Qüvvələri həmçinin bir nəfərin, kapitan Varun Sinqhin sağ qaldığını və müalicə olunduğunu bildirir. Onun vəziyyəti ilə bağlı təfərrüat açıqlanmayıb. 

"The Times of India" qəzeti hərbçilərə istinadən xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Bipin Ravatın da olduğu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması zəif görmə səbəbindən baş verə bilər.


Oxunma sayı: 7041

Oxşar yazılar