Tiflisdə Saakaşvilinin əfv edilməsi tələbi ilə aksiya keçirilir

  • 17:31 - 08 Dekabr

Gürcüstan Prezident Administrasiyasının binası yaxınlığında Mixail Saakaşvilinin əfv olunması tələbi ilə aksiya keçirilir. 

Avropa.info Gürcüstan mediasına istinadən xəbər verir ki,  aksiya iştirakçıları Saakişvilinin məsələsinin müzakirəsi üçün Salome Zurabişvili ilə görüş tələb ediblər.

Mitinqin təşkilatçılarından biri, jurnalist və teleaparıcı Nanuka Jorjolianinin sözlərinə görə, prezidentə saat 15:00-a qədər vaxt verilib. 

O zaman Zurabişvili etirazçılarla görüşdən imtina edərsə, müxalifət etirazın başqa formasına əl atacaq. Jurnalistin sözlərinə görə, yaxın vaxtlarda geniş fəaliyyət planı ictimaiyyətə açıqlanacaq. 

“Salome Zurabişvili ən təsirli addımı ata bilər. İnsanlar bu gün onunla görüş tələb edirlər və onların arasında Mişanın siyasi əleyhdarlarının olması bizim üçün vacibdir, lakin onlar da onun azadlığa buraxılmasını tələb edirlər. “Gürcü Arzusu”nun nümayəndələri tez-tez düşünürlər ki, Saakaşvilinin azad edilməsi yalnız onun tərəfdarlarının tələbidir”, – Jorjoliani əlavə edib. 

Qeyd edək ki, bundan əvvəl Salome Zurabişvili dəfələrlə bəyan edib ki, Saakaşvilinin əfv edilməsi haqqında fərman imzalamağı planlaşdırmır.


Oxunma sayı: 2894

Oxşar yazılar