"Yeni Klinika"nın sabiq direktoru məhkəmədə son söz deyib

  • 20:00 - 08 Dekabr

"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda vəkillərin müdafiə çıxışlarına yekun vurulub. Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizənin nəzərə alınmasını, humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.

  •  

Bundan sonra təqsirləndirilən şəxslər son söz detib.

"Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov son sözündə özünü təqsirli bilmədiyini və verilmiş ittihamla razı olmadığını deyib. P. Abbasov məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Təqsirləndirlilən Samir Mirzəyev, Əvəz Hüseynov və Qalib Nəcəfov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Əvəz Hüseynov son sözündə son dərəcə peşman olduğunu və əməlinin cinayət hesab olunduğunu bilmədiyini bildirib. Təqsirləndirlilən şəxs astma xəstəsi olduğu üçün məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Cinayət işi üzrə təqsirləndirilən Vüsalə Əliyeva səhhəti bilə bağlı olaraq son sözə hazır olmadığını bildirib.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, prokuror Pərviz Abbasova 10 il, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevə 9 il, Vüsalə Əliyevaya isə 6 il həbs cəzası istəyib.

Rəsmi məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham verilib.


Oxunma sayı: 936

Oxşar yazılar