Gürcüstan prezidenti Ukrayna xalqı ilə həmrəy olduğunu bildirdi

  • 17:12 - 08 Dekabr

Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə Zurabişvilinin dövlət başçısı administrasiyası tərəfindən yayılan bəyanatında deyilir. 

“İnanıram ki, Ukrayna mövcud gərginliyə və təhlükəyə tab gətirəcək və seçdiyi yoldan dönməyəcək”. 

Gürcüstan prezidenti Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib və qeyd edib ki, sülh və sabitliyə nail olmaq hamının mənafeyinə uyğundur: 

“Mən Ukraynanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyimi və öhdəliyimi bir daha təsdiqləmək istəyirəm. Təəssüf edirəm ki, son vaxtlar cəmiyyətimiz, fikrimcə, cəmiyyətimizin hər bir üzvünün maraqlanmalı olduğu şeydən daha çox dar siyasi əhəmiyyət kəsb edən hərəkətlər və qisasçılıqla maraqlanır”. 

Zurabişvili qeyd edib ki, istər Gürcüstanın Cənubi Qafqazdakı iki qonşusu arasında münaqişədən sonrakı vəziyyətin inkişafı, istərsə də Ukrayna ilə sərhəddə mövcud vəziyyət olsun, ölkə ətrafında hadisələrin inkişafında maraqlı olmaq lazımdır.


Oxunma sayı: 1079

Oxşar yazılar