Yapon alim Türkiyədəki soydaşlarına İslamın əsaslarını öyrədir – FOTO

  • 17:06 - 08 Dekabr

Türkiyədə məskunlaşan yapon alimi Kaim Naoki Yamamoto İstanbulda həmyerlilərinə - tələbələrə İslam dininin əsaslarını öyrədir. 

Avropa.info xəbər verir ki, beynəlxalq dini konqreslərdən birində iştirak etmək üçün Konyaya gələn Yamamoto İslam dini ilə tanışlığından danışıb. 

32 yaşlı yapon gəncin dediyinə görə, o, dinin əxlaqi dəyərlərindən təsirləndiyi üçün 12 il əvvəl İslamı qəbul edib. 

Yamamoto müsəlmanların əsas davranış normalarını və İslam tarixini daha yaxından öyrənmək üçün Türkiyəyə gəlməyə qərar verdiyini bildirib. Burada İstanbuldakı təhsil ocağında türk, ərəb və fars dillərini, Qurani-Kərimi və İslam elmlərini öyrənib.

Yamamotonun dediyinə görə, o, Mərmərə Universitetində elm təhsilini davam etdirir. 

“Yaponiya universitetlərindən birində universitet müəllimimin dəstəyi ilə İslamı qəbul etdim, o da sonradan müsəlman oldu. Yaponiyada müsəlmanların sayı ildən-ilə artır. Bu dini qəbul etmək istəyənlər çoxdur. Ölkədə dinini yeni qəbul edənlərin sayı ildən-ilə artır. Yaponiyada müsəlman olmaq çox asandır, amma əsl müsəlman kimi yaşamaq çox vacibdir. Yaponiyada İslam haqqında çox az məlumat var. Müsəlman adət-ənənələrinə uyğun yaşamaq heç də asan deyil”, - o, "Anadolu" agentliyinin əməkdaşına bildirib. 

Yapon aliminin sözlərinə görə, o, müsəlman olduqdan sonra Türkiyəyə müsəlmanların dini əməlləri ilə yanaşı, halal-haram və digər İslam adət-ənənələri kimi anlayışları öyrənmək üçün gəlib.


Oxunma sayı: 3290

Oxşar yazılar