"Yüksək bank faizi varlıları daha zəngin, kasıbı isə yoxsul edən bir anlayışdır" - Ərdoğan dövlətin möhtəkirlərin mallarına əl qoyacağını AÇIQLADI

  • 16:31 - 08 Dekabr

"Möhtəkirlik dinimizdə də haramdır. Heç kim möhtəkir əməlləri ilə vətəndaşlarımızı sıxışdıra bilməz. Düşünməsinlər ki, vətəndaşlarımıza qarşı bu zülmlə, oradan qazandıqları ilə halal loxma yeyirlər. Kasıbın haqqını qəsb edirlər, yeyirlər, imkan verməyəcəyik. İstəyirəm ki, onlar da bunu bilsinlər."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyə prezidenti yeni qanun layihəsi hazırlandığı və fürsətçi möhtəkirlərə qarşı ciddi mübarizə aparılacağını bildirib.

"Hazırda bəzi məhsullarda müşahidə olunan qiymət artımının bir səbəbi qlobal əmtəə qiymətlərinin qalxmasıdırsa, digər bir səbəb isə təəssüf ki, bazardakı həris fürsətçilərin olmasıdır. Bu, əsasən möhtəkirlik ilə bağlıdır. İndi bu büdcə danışıqlarından sonra biz dərhal hüquqi tənzimləmə aparacağıq və ciddi şəkildə bu möhtəkirlərə qarşı çıxacağıq. Mən indidən siqnal verirəm ki, növbəti dövrdə cəza sanksiyaları xeyli yüksək olacaq. Qoy onlar bunu bilsinlər və bu çirkin əməldən əl çəksinlər. Dövlət bunu edənlərin həm mallarına əl qoyacaq, həm də cəza sanksiyaları yüksək olacaq.

Çalış, qazan. Hazırda Türkiyə öz imkanları ilə buna böyük imkanlar verən ölkədir. Niyə halal yolla qazanmırsan dostum? Niyə harama əl atırsan? Kim olursa olsun, biz hər sahədə möhtəkirlərin təpəsindəyik", - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti faiz endirmi siyasətinə sadiq qalacaqlarını, bununla istehsal və ixracatı gücləndirməyi hədəflədiklərini də bildirib.

"Biz yüksək faizlərə qarşıyıq. Aşağı faiz siyasəti ilə həm məzənnəni, həm də inflyasiyanın səviyyəsini aşağı salacağıq, onu tənzimləyəcəyik. Yüksək faiz varlıları daha zəngin, kasıbı isə yoxsul edən bir anlayışdır. Biz buna heç vaxt icazə verə bilmərik. Bizim istəyimiz aşağı faizlə investisiyaları təşviq etməklə məşğulluğu artırmaqdır. Məşğulluğu artırmaqla istehsalı və ixracı artırmaqdır. Bunu təmin edəndə bizə artım gətirəcək. Türkiyənin 2021-ci il üçün artım proqnozlarını yüzdə 10 olaraq ifadə edən beynəlxalq qurumlar var", - deyə Ərdoğan qeyd edib.

Avropa.info


Oxunma sayı: 7107

Oxşar yazılar