Bakı metrosunda DƏHŞƏTLİ ANLAR -YENİLƏNİB

  • 17:50 - 08 Dekabr

"Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir".

Bu sözləri Avropa.info-ya metroda Vətən müharibəsi qazisinin özünü yandırması ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb:

“Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var.

Hadisənin təfərrüatı araşdırılır”.

***

11:02Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib.

Avropa.info-nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metrostansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 2509

Oxşar yazılar