Bakıda 20 min manatlıq oğurluğun görüntüləri - ANBAAN VİDEO

  • 17:20 - 08 Dekabr

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında ona məxsus evdən naməlum şəxs tərəfindən oğurluq edilib.

Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb.

Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.


Oxunma sayı: 4951

Oxşar yazılar