Sovet İttifaqının bərpası mümkün deyil – Kreml ABŞ rəsmisinə cavab verdi

  • 16:34 - 08 Dekabr

Bu gün Sovet İttifaqının bərpası mümkün deyil.

Avropa.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan etmişdi ki, ABŞ Moskvanın SSRİ-ni yenidən yaratmağa cəhd edə biləcəyindən ehtiyat edir. "Xanım Nuland rus mövzularını və postsovet məkanının bütün nüanslarını yaxşı bilir. Əminəm ki, xanım Nuland da bizim və digər mütəxəssislər kimi, Sovet İttifaqının bərpasının mümkünsüz olduğunu mükəmməl başa düşür", - deyə Peskov qeyd edib. 

O əlavə edib ki, keçmiş SSRİ məkanında müstəqil suveren dövlətlər çoxdan formalaşıb, möhkəmlənib və uğurla inkişaf edir və onlar bir-birinə hörmət, etimad və bir-birinin işinə qarışmamaq əsasında yanaşırlar.


Oxunma sayı: 2454

Oxşar yazılar