ABŞ-lı milyarderin 70 milyon dollarlıq tarixi əsər oğurladığı üzə çıxdı - Oğurlanmış tarixi əsərlərdən 14-ü Türkiyəyə aiddir (FOTO)

  • 14:16 - 08 Dekabr

Nyu-Yorkda yaşayan milyarder iş adamı və antikvar kolleksiyaçısı Micahel Steinhardtın 70 milyon dollarlıq tarixi əsər oğurladığı üzə çıxıb. 

Avropa.info xəbər verir ki, Micahel Steinhardt prokurorluqla əldə etdiyi razılaşmaya uyğun olaraq qeyri-qanuni yollarla əldə etdiyi on milyonlarla dollar dəyərində tarixi əsəri aid olduqları ölkələrə qaytaracaq.
 

ABŞ prokurorluğundan verilən yazılı açıqlamada milyarder kolleksiyaçı Steinhardtın barəsində açılan istintaq nəticəsində 70 milyon dollar dəyərində 180 ədəd oğurlanmış sənət əsərini aid olduqları ölkələrə qaytaracağı bildirilib.

Prokurorluğun bəyanatında Steinhardtın 2017-ci ildə 1000-dən çox tarixi əsər satın aldığı və 180 əsərin mənsub olduğu ölkələrdən qeyri-qanuni olaraq çıxarıldığına dair inandırıcı dəlillər tapdıqdan sonra araşdırmaya başlanıldığı bildirilib.

Prokurorluğun açıqlamasında Michael Steinhardtın  sənət əsərləri əldə etməsinə ömürlük qadağa qoyulduğu və məşhur kolleksiyaçının bu qadağaya əməl etməyi öhdəsinə götürdüyü qeyd olunub. 

Steinhardt kolleksiyası ilə bağlı cinayət araşdırması 2017-ci ildə varlı iş adamının Livandakı vətəndaş müharibəsi zamanı oğurlanmış milyon dollarlıq öküz başı heykəlini Metropoliten İncəsənət bağışlaması ilə başlanıb.

Steinhardtın 1,2 milyard dollarlıq şəxsi sərvəti olaraq sənədlərdə əks olunan ev və ofisində axtarış nəticəsində Türkiyə, Bolqarıstan, Misir, Yunanıstan, İraq, İsrail, İtaliya, İordaniya, Livan, Liviya və Suriyadan oğurlanmış əsərlər tapılıb.

Oğurlanmış tarixi əsərlərdən 14-ü Türkiyəyə məxsusdur. 

Avropa.info


Oxunma sayı: 4137

Oxşar yazılar