Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi başlanır? - Rusiyalı generallar İrəvana gəldilər

  • 13:54 - 08 Dekabr

Bir qədər əvvəl İrəvandakı Erebuni hərbi aeroportuna Rusiyanın Müdafitə Nazirliyinin xüsusi təyyarəsi eniş edib.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, təyyarə Ermənistan paytaxtına Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə məşğul olacaq komissiyanın üzvlərini gətirib. Rusiyanın yaratdığı komissiya bu həftə işə başlayacaq.

Ermənistanı bu komissiyada kimlərin təmsil edəcəyi bəlli deyil. İlkin məlumatlara görə, komissiyaya Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin sabiq komandanı, general-leytenant Rüstəm Muradov başçılıq edəcək.


Oxunma sayı: 4302

Oxşar yazılar