Ermənistanın sabiq müdafiə nazirinin əmlakına həbs qoyuldu

  • 15:00 - 08 Dekabr

Ermənistan Baş Prokurorluğu "Hayastan" blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.

Avropa.info-nun erməni mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq prezident Serj Sarkisyanın mühafizə xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan və ailə üzvlərinin də əmlakına həbs qoyulub.

Prokurorluq Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə də araşdırmaya başlayıb.


Oxunma sayı: 2168

Oxşar yazılar