Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır

  • 12:21 - 08 Dekabr

“İşğal dövründə Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən şirkətlər olub”.

Avropa.info xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Bunlar dövlətlərarası şikayətlərə aid deyil. Ona görə də qanunsuz şirkətlərlə bağlı araşdırmalar aparılır. Bu şikayətlər həmin şirkətlərin aktivlərə qarşı olacaq. Hər bir konkret halda belə şirkətlər müəyyən edilərək. Bu qərarlar kağız üzərində qalmalı deyil. Buna görə də həmin şirkətlərin müəyyən edilməsi üçün konkret işlər aparılır”.


Oxunma sayı: 2575

Oxşar yazılar