Türkiyədə anti-terror əməliyyatının növbəti MƏRHƏLƏSİ BAŞLADI

  • 11:55 - 08 Dekabr

Türkiyənin şərqindəki Van vilayətində dekabrın 8-də Eren Kış anti-terror əməliyyatının 12-ci mərhələsi başlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Əyalətdə terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 450 polis və jandarma xüsusi təyinatlısı cəlb olunub. Ümumilikdə, 41 xüsusi təyinatlı dəstə sərhəd vilayətinin bir sıra rayonlarını darayır. 

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.


Oxunma sayı: 3026

Oxşar yazılar