Ermənistan Qarabağdakı bütün mina sahələrinin XƏRİTƏLƏRİNİ VERDİ

  • 11:30 - 08 Dekabr

BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi (International Court of Justice) İkinci Qarabağ Müharibəsi nəticəsində erməni işğalından azad edilmiş ərazilərdəki mina sahələrinin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana mütləq şəkildə təqdim olunması tələbini yekun qərarında əks etdirməyib.

Əldə etdiyimiz məlumatlara görə, bunun səbəbi rəsmi İrəvanın davranışıdır. Daha doğrusu, məhkəmənin qəbul edəcəyi qərarın Ermənistana qarşı ultimativ tələblərdən ibarət olacağından ehtiyatlanan rəsmi İrəvan proses başlamamış mina xəritələrini Bakıya verib.

Məhz bu səbəbdən dolayı Haaqadakı məhkəmə mina xəritələri ilə bağlı tələblə çıxış etməyib.

Ermənistanın verdiyi mina xəritələrinin səhihlik səviyyəsinə gəldikdə isə, təqdim edilmiş xəritələr hazırda yoxlanılır.

Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin qərarları Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsdiqləməklə, 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar baxımından İrəvanı regional əməkdaşlığa, kommunikasiyaların açılmasına və bərpasına, habelə dayanıqlı sülhün və səbatlı təhlükəsizlik vəziyyətinin yaradılması üçün gərəkli addımlar atmağa çağırır.

İrəvan bundan sonra da aqressiv ritorikanı, revanşist məzmunlu bəyanatları seçərsə, Haaqa Məhkəməsində Ermənistanı yeni proses gözləyəcək.

Milli.az


Oxunma sayı: 4313

Oxşar yazılar