Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA

  • 13:47 - 08 Dekabr

Şəmkir rayonu, Seyfəli kəndində şəhid Təbriz Namazovun anım günü polislərin tədbirin çəkilişinə əngəl törətməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Avropa.info-nun məlumatına görə, iddia edilib ki, şəhid ailəsinin istəyi əsasında Şəhidlər xiyabanında anım gününü çəkmək üçün dron gətirilib. Polis dronla çəkiliş aparan şəxsi xidməti avtomobilinə mindirərək bölməyə aparıb. Bu da şəhid ailələrinin, Seyfəli kənd sakinlərinin etirazına səbəb olub.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə hərbi-strateji obyektlər olduğu üçün havadan rəqəmsal (dron) çəkiliş aparmaq qadağandır:

“Çəkiliş məhz buna görə dayandırılıb. Şöbədə həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq qadağanın səbəbi izah edilib”.


Oxunma sayı: 2091

Oxşar yazılar