Vaşinqton Moskvanı HƏDƏLƏDİ: "Bu, son dərəcə ciddi olacaq və rusları dünyadan təcrid edəcəyik"

  • 13:15 - 08 Dekabr

Ukraynaya qarşı növbəti təcavüz halında Rusiyaya qarşı yeni sanksiyalar son dərəcə ciddi olacaq və rusları dünyadan təcrid edəcək. 

Avropa.info xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Senatın Beynəlxalq Münasibətlər Komitəsində Rusiya ilə bağlı dinləmələr zamanı deyib. 

“Biz açıq şəkildə bildirdik ki, Ukraynaya qarşı növbəti aqressiv hərəkətlərə cavab olaraq ilkin sanksiyalar çox ciddi olacaq və Rusiyanı, Rusiya biznesini və rusları təcrid edəcək”. 

Nuland vurğulayıb ki, prezident Co Bayden bu barədə çərşənbə axşamı virtual söhbət zamanı Rusiya prezidenti Vladimir Putinə məlumat verib və onu Ukraynaya təcavüz olacağı təqdirdə ciddi itkilər və nəticələrlə bağlı xəbərdarlıq edib. 

“Prezident (Bayden) ona (Putinə) bunun 2014-cü ildəkindən fərqli olacağını söylədi”, - Nuland əlavə edib. 

O, həmçinin qeyd edib ki, aqressiya zamanı plan var: “Birinci günün tədbirləri, beşinci günün fəaliyyəti, onuncu günün fəaliyyəti”.


Oxunma sayı: 2905

Oxşar yazılar