Azərbaycanda tarixçi alim vəfat etdi

  • 12:21 - 08 Dekabr

Tarixçi alim Fəridə Cəfər qızı Məmmədova vəfat edib.

Bu barədə Avropa.info-ya AMEA Tarix İnstitutundan bildirilib.

Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-ci ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olmuş, 1955-1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsinda təhsil almışdır.

1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlamış, 2002-ci ildən isə "Azərbaycanın tarixi coğrafiyası" (hazırda "Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası") şöbəsinin müdiri olmuşdur.

1962-1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçmiş və oranın aspirantı olub: qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.

O, 1971-ci ildə "Musa Kalankatlının "Albanların tarixi" Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi" tarix üzrə namizədlık, 1987-ci ildə "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-ci ildə AMEA tarix elmləri doktoru, 2001-ci ilda AMEA müxbir üzvü seçilib.


Oxunma sayı: 2058

Oxşar yazılar