Putin və Bayden İranla bağlı nə danışdı? – Ağ Ev açıqladı

  • 10:18 - 08 Dekabr

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Cozef Bayden telekörpü zamanı İran ətrafındakı vəziyyəti məhsuldar müzakirə ediblər. 

Avropa.info xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iki lider arasında danışıqla bağlı Ağ Evdə keçirilən brifinqdə deyib.

“Prezident (Bayden) və prezident Putin İran məsələsini yaxşı müzakirə etdilər və bu, məhsuldar oldu”, - Sullivan deyib.

"Rusiya və ABŞ 2014-2015-ci illər ərzində hətta gərgin şəraitdə (İranın Nüvə Proqramı üzrə) Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) yaratmaq üçün birlikdə çalışdılar",-deyə o bildirib. 

Qeyd edək ki, Putin və Bayden arasındakı danışıqlar çərşənbə axşamı axşam telekörpü ilə baş tutub və təxminən iki saat davam edib. Əsas mövzu Ukrayna ətrafındakı vəziyyət olub və liderlər həmçinin ikitərəfli əlaqələr, kibertəhlükəsizlik və İranın nüvə sazişini müzakirə ediblər. Kremlin mətbuat xidmətində daha əvvəl xəbər verildiyi kimi, prezidentlər İranın nüvə sazişi üzrə noyabrın sonunda Vyanada bərpa edilmiş danışıqların konstruktiv olacağına və bütün iştirakçılar üçün məqbul qərarların əldə olunmasına imkan verəcəyinə ümidvar olduqlarını bildiriblər.

JCPOA nüvə proqramı ilə bağlı böhranı aradan qaldırmaq üçün 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi "beşliyi" və Almaniya tərəfindən İranla imzalanıb. 2018-ci ildə ABŞ prezidenti Donald Tramp JCPOA-dan çıxmaq qərarına gəlib. Amerika liderinin səlahiyyətlərini icra edən Bayden dəfələrlə Vaşinqtonun Tehranla nüvə sazişinə qayıtmağa hazır olduğuna işarə edib. “Beş üstəgəl bir” qrupu (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa) aprel ayından Vyanada JCPOA-nı orijinal formada bərpa etmək üçün İranla danışıqlar aparır.


Oxunma sayı: 3092

Oxşar yazılar