2 saatlıq Bayden - Putin danışıqları : Öncə İkinci Dünya Müharibəsi zamanı müttəfiqliyi xatırladılar, sonra Ukrayna üzərindən bir-birini təhdid etdilər...

  • 01:10 - 08 Dekabr

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında videokonfrans formatında keçirilən danışıqları 2 saat davam edib.

Avropa.info xəbər verir ki, Kreml baş tutan danışıqlarla bağlı açıqlama yayıb. 

Kremlin mətbuat xidmətindən bildirilib ki, Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında danışıqlar səmimi və işgüzar olub. 

“Prezidentlər beynəlxalq təhlükəsizliyin və sabitliyin qorunmasında xüsusi məsuliyyəti nəzərə alaraq, Rusiya və ABŞ-ın dialoqu, təmasları davam etdirəcəkləri barədə razılığa gəliblər. Liderlər İkinci Dünya Müharibəsi illərində ölkələrin müttəfiqliyini xatırladıb və vurğulayıblar ki, o zaman edilən fədakarlıqlar unudulmamalı, alyansın özü müasir reallıqlarda işləmək üçün nümunə olmalıdır", - deyə Kremlin açıqlamasında qeyd olunur.

Kremlin açıqlamasında bildirilir ki, Bayden Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında hərəkətinin təhlükəli  xarakterinə diqqət çəkib və vəziyyətin daha da gərginləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin tətbiq edə biləcəyi sanksiyaları açıqlayıb.

“Rusiya prezidenti isə konkret misallarla Kiyevin Minsk razılaşmalarını və "Normandiya formatı"nda əldə edilmiş razılaşmaları tamamilə sıradan çıxarmağa yönəlmiş destruktiv xəttini açıqlayaraq, Kiyevin Donbasa qarşı təxribat xarakterli hərəkətlərindən ciddi narahatlığını bildirib. Putin həmçinin vurğulayıb ki, məsuliyyəti Rusiyanın çiyninə yükləmək olmaz, çünki Ukrayna ərazisini işğal etmək və ölkə sərhədləri yaxınlığında hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edən NATO-dur”, - deyə  Kremlin açıqlamasında qeyd edilir.

Açıqlamada bildirilir ki, liderlər öz nümayəndələrinə bu həssas məsələlərlə bağlı əsaslı məsləhətləşmələr aparmağı tapşırıblar. 

Avropa.info


Oxunma sayı: 6150

Oxşar yazılar