Putin və Baydenin görüşü başa çatdı

  • 22:17 - 07 Dekabr

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb. Danışıqlar iki saat davam edib. Görüş qapalı şəraitdə baş tutub. Jurnalistlərə ilk ünsiyyət kadrları göstərilib, daha sonra görüş bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, bu, iki ölkə liderlərinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib. O zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

(TASS)

***

20:03

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar. Lliderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər. (TASS)


Oxunma sayı: 1761

Oxşar yazılar