Lukaşenko “Maybach”dan imtina edir, Rusiyadan kreditlə “Aurus” alır

  • 23:25 - 07 Dekabr

Belarus prezidenti Aleksandr Lukaşenko özünün avtoparkını yeniləməyi tapşırıb. Bu haqda “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov özünün Telegram-kanalında bildirib. Məlumata görə, Lukaşenko alman limuzinləri “Maybach”dan imtina etməyi qərara alıb və Rusiyanın istehsal etdiyi, prezident Putinin istifadə etdiyi “Aurus” limuzinlərindən istifadə etməyi tapşırıb. Belarus hakimiyyəti üçün həmin limuzinləri kreditlə əldə etmək planlaşdırılır, kreditə isə Rusiya banklarından biri ayıracaq.

virtualaz.org


Oxunma sayı: 2564

Oxşar yazılar