Şuşaya yeni sürət yolu çəkilir

  • 20:05 - 07 Dekabr

Zəfər yolundan əlavə olaraq Şuşa şəhərinə əlavə yol çəkilir.

Avropa.info-nun məlumatına görə, bunu REAL tv-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, bu yol Zəfər yolundan fərqli olaraq enişli-yoxuşlu deyil, tunel və körpülərlə inşa ediləcək.

"4 zolaqlı yol təhlükəsiz və sürətli olacaq. Yeni yolun Daşaltıdan Şuşaya keçən hissəsində tunel inşa ediləcək ki, həmin tunel vasitəsilə İsa bulağına təhlükəsiz keçid olsun. Bu tunel Laçın dəhlizinin altından keçməklə İsa bulağı istiqamətində olacaq. Tunel həmçinin Şuşa şəhərinə də gedişi təmin edəcək", - deyə sərd müavini qeyd edib.


Oxunma sayı: 1464

Oxşar yazılar