Ermənilər Qarabağda "Bayraktar TB2" ələ keçirməyə çalışdı - Türk PUA-sı Rusiya istehsalı olan “Avtobaza-M” kompleksini anındaca MƏHV ETDİ

  • 14:10 - 07 Dekabr

Ermənilərin Qarabağda Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-nı nəzarətə götürmək cəhdi Ermənistana məxsus Rusiya istehsalı olan “Avtobaza-M” kompleksinin məhv edilməsi ilə nəticələnib.

Avropa.info xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. 

Hadisənin nə zaman baş verdiyi göstərilməyən xəbərdə bildirilir ki, Qarabağda erməni hərbi birliyi Rusiyanın "1L222M Avtobaza-M" kompleksinin köməyi ilə Türkiyə istehsalı olan  "Bayraktar TB2" PUA-nı nəzarətə götürməyə cəhd edib. Lakin dron sistemlərinin işinə müdaxilə aşkar edildikdən sonra Rusiyanın  “Avtobaza-M” kompleksi məhv edilib. 

Rusiya mediasında yazılabn xəbərdə bildirilir ki, 44 günlük Qarabağ müharibəsi zamanı "Bayraktar TB2" PUA-ları R-330P Pyramid, Repellent, Borisoqlebsk-2 kimi elektron döyüş sistemləri və Qroza ailəsinə aid kompleksləri də sıradan çıxarıb. 

Rusiya istehsalı olan “Avtobaza-M” radiomüşahidə kompleksi PUA-ları müəyyən edilmiş ərazidə məhv etmək və ya nəzarəti ələ keçirmək üçün istifadə olunur.

Bu radiomüşahidə kompleksi hava və dəniz radarlarının impulslu və davamlı siqnallarının, dost-düşmən identifikasiya siqnallarının və TACAN sistem siqnallarının aşkarlanması üçün də nəzərdə tutulub.

Bundan əvvəl İran ordusu Rusiyanın 1L222M Avtobaza-M komplekslərindən istifadə edərək ABŞ PUA-ları vurub. Lakin, Rusiya mediasının yazdığına görə, "Avtobaza-M" "Bayraktar TB2" qarşısına aciz qalıb. 

Avropa.info


Oxunma sayı: 54836

Oxşar yazılar