Avtobusun mühərrikini oğurlayan qardaşlar tutuldu

  • 11:51 - 07 Dekabr

Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1046

Oxşar yazılar