Çempionlar Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazana bilər

  • 09:59 - 07 Dekabr

Bu gün UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.

Avropa.info bildirir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

A qrupunda PSJ Fransada Belçika "Brügge"sini qəbul edəcək. İngiltərənin "Mançester Siti" klubu isə Almaniyada "Leyptsiq"in qonağı olacaq. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedəcək. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcək.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən İngiltərə "Liverpul"u İtaliyada "Milan"la qarşılaşacaq. Qrupun digər oyununda Portuqaliya "Portu"su evdə İspaniyanın "Atletiko" (Madrid) klubunu sınağa çəkəcək. Hazırda 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaq.

C qrupunda Türkiyə "Beşiktaş"ı Almaniyada Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyacaq. Digər görüşdə isə qrup qalibi olan Niderland "Ayaks"ı Portuqaliya "Sportinq"i ilə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda İspaniya "Real Madrid"i doğma meydanda İtaliya "İnter"i ilə 1-ci yer uğrunda mübarizə aparacaq. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova "Şerif"i qrup sonuncusu olması dəqiqləşən Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

21:45. PSJ (Fransa) - "Brügge" (Belçika)

21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu:"Mançester Siti" - 12, PSJ - 8, "Leyptsiq" - 4, "Brügge" - 4.

B qrupu

00:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, "Milan" - 4, "Atletiko" - 4.

C qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə)

00:00. "Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya)

Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.

D qrupu

00:00. "Real Madrid" (İspaniya) - "İnter" (İtaliya)

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova)

Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.

Qeyd edək ki, indiyədək "Mançester Siti", PSJ, "Liverpul", "Ayaks", "Sportinq", "Real Madrid" və "İnter"lə yanaşı, Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları da 1/8 finala adlayıb.


Oxunma sayı: 4885

Oxşar yazılar