Oğurladığı pulla Bakıda kirayə ev tutdu - FOTO

  • 12:56 - 06 Dekabr

Mingəçevir şəhəri Energetiklər qəsəbəsində yerləşən mağazadan ümumi dəyəri 900 manata yaxın siqaret və pul oğurlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, mağaza sahibindən Mingəçevir şəhər Polis Şöbəsinə daxil olan müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də üç dəfə eyni əmələ görə məhkumluq həyatı yaşayan şəhər sakini Rüstəm Alırin saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladığı siqaretləri sataraq əyləncəsinə xərclədiyini, pulla isə Bakı şəhərində ev kirayələdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Alırinin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Rüstəm Alırin

Oxunma sayı: 10044

Oxşar yazılar