"Türkiyə qardaş Azərbaycanın yanında olmağa davam edəcək" - Hulusi Akar Qətərdə BƏYAN ETDİ

  • 01:15 - 06 Dekabr

Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində vicdanlı şəkildə və böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib.

Avropa.info xəbər verir ki, bunu Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan və Liviyada, eləcə də Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, həmçinin digər ölkələrdə öz tarixinə, mədəniyyətinə və əcdadlarına uyğun olaraq, vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində böyük səylə çalışaraq, insan haqları, regional və dünya sülhünə mühüm töhfələr verib", - deyə Akar qeyd edib.

Hulusi Akar bildirib ki, Türkiyə bundan sonra da dost və qardaş ölkələrin yanında olmağa davam edəcək.


Oxunma sayı: 9989

Oxşar yazılar