Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)

  • 16:30 - 05 Dekabr

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Aşağı Quşçu kənd sakini Hacı Asif Bəxtiyar oğlu ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, polis əməkdaşları onu özünəməxsus avtomobil ilə hərəkətdə olan zaman saxlayaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO) - Gallery Image
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO) - Gallery Thumbnail

Oxunma sayı: 5347

Oxşar yazılar