İlin ən yaxşı futbol hakimi açıqlandı
- 15:40 - 05 Dekabr
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı hakimini açıqlayıb. Qurumun məlumatına görə, bu ada almaniyalı Feliks Brıx layiq görülüb.
46 yaşlı FIFA referisi 110 xalla həmkarlarını geridə qoyub.
Niderlandlı Byorn Kuypers 95 xalla ikinci, italiyalı Daniele Orsato 40 xalla üçüncü olub.