İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb

  • 12:05 - 05 Dekabr

İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə Detik xəbər portalına Baş nazirinin müavini Lumajang İnda Ampervati bildirib.

Baş nazirin müavini qeyd edib ki, bu gün daha 12 nəfərin cəsədi tapılıb:

“Bir yerli sakinin ölümü isə şənbə günü təsdiqlənib”.

Rayon icra başçısının müavini isə qeyd edib ki, xilasedicilər axtarış işlərini davam etdirirlər.

Onlarla insan təbii fəlakət nəticəsində yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Portalın yaydığı məlumatda qeyd edilir ki, yerli sakinlər erkən xəbərdarlıq sisteminin işləmədiyini, buna görə də bir çoxlarının evlərini tərk etməyə vaxt tapmadığını bildiriblər.

Semeru vulkanının aktivliyində artım şənbə günü yerli vaxtla təxminən saat 15:20-də qeydə alınıb.(apa)


Oxunma sayı: 2762

Oxşar yazılar