Ərdoğanın mitinqinə bombalı hücum planı : Terror aktının qarşısı SON ANDA ALINDI (FOTO)

  • 22:15 - 04 Dekabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirt şəhərində keçirdiyi mitinqini qana boyamağa hazırlaşan terrorçuların qanlı planı son anda pozulub.

Avropa.info xəbər verir ki, bu haqda TRT Haber məlumat yayıb.

Məlumata görə, terrorçular hədəf olaraq ətraf əyalətlərdən Siirtə göndəriləcək çevik polisləri seçiblər.

Səhər saatlarında Mardindən Siirtdə keçiriləcək mitinqə mühafizə üçün gedən polis məmurunun avtomobilinin altına gizli şəkildə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirilib.

Terrorçular Lakin iki polis əməkdaşının avtomobilin altındakı partlayıcıların fərqinə varmasından sonra terrorçuların planı pozulub.

Hadisə yerinə gələn Bomba Mütəxəssisi Qrupları partlayıcıları məhv edib.
 

AK Partiya sədrinin müavini Həmzə Dağ hadisəni “CNN Türk”ə təsdiqləyib.

“Mardində xidmətə çıxan polis əməkdaşının maşınının altına partlayıcı qurğu qoyulub, Siirtə gələndə onu işə salmaq planlaşdırılıb. Məqsəd mitinqi, sabitliyi pozmaq olub”, deyə Həmzə Dağ əlavə edib.

Avropa.info

Cumhurbaşkanı Erdoğanın mitingine bombalı tuzak önlendi

Oxunma sayı: 12211

Oxşar yazılar