Putin və Bayden arasında danışıqlar dekabrın 7-də baş tutacaq

  • 23:35 - 04 Dekabr

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden dekabrın 7-də videobağlantı vasitəsilə əlaqə saxlayacaqlar. Bu barədə Ağ Evin rəsmi bəyanatında deyilir.

Qeyd olunur ki, tərəflər Ukraynadakı vəziyyəti və bir sıra digər məsələləri müzakirə edəcəklər.

“Reuters”in məlumatına görə, Co Bayden Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyəti ilə bağlı narahatlığını bildirəcək, həmçinin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayacaq.

virtualaz.org


Oxunma sayı: 3081

Oxşar yazılar