Şəhid övladlarının sünnət mərasimi keçirilib

  • 22:20 - 04 Dekabr

Dekabrın 4-də “Baku Medical Plaza”nın “Medilux” filialında Vətən müharibəsi şəhidinin oğlan övladlarının sünnət olunması ilə bağlı xeyriyyə aksiyası keçirilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədovanın, “Baku Medical Plaza”nın tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə incəsənət xadimləri də iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid və qazi övladlarına dövlətimizin rəhbərliyi, Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd ediblər. Bildirilib ki, şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcudur.

Xeyriyyə aksiyasının bundan sonrakı aylarda da davam edəcəyi deyilib.

Xeyirxah aksiyada iştirak edən şəhid ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu aksiyanın təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.


Oxunma sayı: 4159

Oxşar yazılar