Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib

  • 18:41 - 04 Dekabr

Aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. 

Bu barədə Avropa.info-ya Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiyanın Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - məlumatda vurğulanıb. 

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.


Oxunma sayı: 3268

Oxşar yazılar