Dmitri Medvedev yenidən "Vahid Rusiya" Partiyasının sədri seçilib

  • 20:15 - 04 Dekabr

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən hakim "Vahid Rusiya" Partiyasının sədri seçilib.

D.Medvedev partiyanın bu gün keçirilən qurultayında açıq səsvermədə bu etimadı qazanıb.

Partiya sədrinin səlahiyyət müddəti 5 ildir.

Boris Qırızlov isə yenidən "Vahid Rusiya" Partiyası Ali Şurasının sədri seçilib.

Qeyd edək ki, D. Medvedev 2012-ci ildən "Vahid Rusiya" Partiyasının sədridir.(apa) 


Oxunma sayı: 3576

Oxşar yazılar