Çavuşoğlu: Türkiyənin milli müdafiə sənayesinin 80 faizini milli texnologiyalar təşkil edir

  • 19:25 - 04 Dekabr

Hazırda Türkiyənin milli müdafiə sənayesinin 80 faizini milli texnologiyalar təşkil edir. Müdafiə sənayesinin inkişafı ölkə iqtisadiyyatı baxımından da çox vacibdir.

Avropa.info xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirilən XXI Müdafiə və Aerokosmik Sənayedə Qlobal Strategiyalar Konfransının açılış mərasimində bildirib.

Nazir vurğulayıb ki, Polşanın Türkiyədən silahlı pilotsuz uçuş aparatı (SİHA) alması NATO-ya və Avropa İttifaqına (Aİ) üzv ölkənin ilk dəfə olaraq bu məhsulları öz inventarına əlavə etməsi baxımından çox vacibdir.

Hazırda Aİ və NATO-ya üzv çox sayda ölkənin Türkiyə istehsalı olan hərbi vasitələrlə maraqlandığını qeyd edən nazir deyib: “Hər şeydən əvvəl milli müdafiə sənayesinin inkişafı milli təhlükəsizliyimiz üçün zəruridir. Çətin bir coğrafiyada yaşayırıq. Milli təhlükəsizliyimiz üçün diplomatiya ilə hərbi gücümüzü birlikdə istifadə etməliyik”.

Milli müdafiə sənayesinin əhəmiyyətindən danışan nazir ölkəsinin müdafiəsi baxımından keçmişdə terrorla mübarizədə xoşagəlməz təcrübənin olduğunu xatırladıb.


Oxunma sayı: 2762

Oxşar yazılar