Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

  • 17:20 - 04 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. 

Avropa.info-nun xəbərinə görə, mətndə deyilir: 

"Hörmətli cənab Prezident, 

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Oxunma sayı: 2135

Oxşar yazılar