Türk "Bayraktar"ları Putini narahat edirmiş... - Ərdoğanla telefon danışığı zamanı deyib

  • 12:26 - 04 Dekabr

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı "Bayraktar TB2" PUA-ları da müzakirə olunub. 

Avropa.info xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, regional problemlər, xüsusilə Suriya, Liviya və Ukrayna da müzakirə edilib.

Regional məsələlərlə yanaşı, Putinin istəyi ilə Ukraynanın Türkiyədən aldığı "Bayraktar" PUA-lar da gündəmdə olub.

Qeyd edək ki, Ukrayna oktyabr ayında Türkiyədən aldığı "Bayraktar TB2" PUA-larından ilk dəfə ölkənin şərqindəki separatçılara qarşı istifadə etdiyini rəsmən açıqlamışdı. Bu açıqlama Rusiyada böyük narahatlığa səbəb olmuşdu.


G20 Sammiti çərçivəsində Romada rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya PUA satdığına görə Türkiyəni qınamağın doğru olmadığını bildirmişdi.

Avropa.info


Oxunma sayı: 8273

Oxşar yazılar