Avropa ölkələri Tehranın ABŞ sanksiyalarının ləğvi tələblərini dəstəkləmədi

  • 10:41 - 04 Dekabr

Vyana danışıqlarında Avropa ölkələri Tehranın ABŞ sanksiyalarının ləğvi tələblərini dəstəkləməyib. Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini, danışıqların baş katibi Əli Baqiri deyib. 

O xatırladıb ki, nüvə sazişinin həyata keçirilməsində böhran ABŞ-ın 2018-ci ilin mayında İranla sazişlərdə iştirakdan birtərəfli qaydada imtina etməsindən sonra göstərilib. 

“Düzdür, Avropa tərəfləri bizim təkliflərimizdən razı deyil, amma vacib olan bu təkliflərin ümumi prinsiplərə söykənməsidir. Vyanada bizə dedilər ki, Tehranın təklifləri Avropa tərəfinin fikirləri ilə üst-üstə düşmür. Cavab olaraq qeyd etdim ki, bu, çox gözləniləndir, çünki danışıqlarda biz Avropanın fikirlərinə uyğun gələni deyil, ölkəmizin maraqlarını müdafiə edirik”, - deyə Baqeri bildirib. 

Onun sözlərinə görə, ümumi prinsiplərə əsaslanmaq şərti ilə Avropa tərəfi də öz təkliflərini verə bilər. 

Avropa tərəfi İranı “sərt olmaqda” ittiham edərək bildirib ki, İran nümayəndə heyəti əvvəlki danışıqlarda müzakirə olunan saziş layihəsinə əhəmiyyətli dəyişikliklər edib.


Oxunma sayı: 2861

Oxşar yazılar