Deputat pişiyini özünə köməkçi təyin etdi – YAZILI ƏMR - FOTO

  • 14:01 - 04 Dekabr

Rusiyanın Nijni Novqorod şəhərinindən olan Dövlət Dumasının deputatı Dmitri Kuznetsov izləyicilərini təəccübləndirib.

O, “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində Kuzya adlı pişiyini rəsmən özünə köməkçi təyin etdiyini açıqlayıb. Bununla bağlı yazılı əmr imzaladığını da paylaşıb:

“Mütərəqqi  xidmətlərinə görə Kuzya mənim - Dövlət Dumasının deputatının köməkçim təyin edilsin”. 

Əmrin altından imzasını da qoyan deputat əlavə edib ki, Kuzyanı vəzifəyə təyin etməzdən əvvəl onu yaxşı-yaxşı çimizdirib: “Kuzya artıq təmiz vicdanla işləyə bilər”.//lent.az


Oxunma sayı: 2597

Oxşar yazılar