Qənirə Paşayeva şəhid mayorun xanımına nə dedi...

  • 13:47 - 04 Dekabr

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi, mayor Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova ilə görüşüb.

Avropa.info-nun məlumatına görə, komitə sədri şəhidin xanımını dinləyib, öz ürək sözlərini bölüşüb:

"Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd zabitimizin həyat yoldaşısız. Bu il ilk dəfə qeyd etdiyimiz Zəfər Günü Bayramı və işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə təbriki, qüruru ən çox siz şəhid ailələri haqq edirsiz. Sizə çox minnətdarıq! Şəhid mayorumuzun əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidlərimizi heç zaman unutmayacaq, həmişə dərin minnətdarlıqla xatırlayacağıq".

Komitə sədri şəhid zabitin xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. 

Görüşdə RHİM İB sədri Arzu Bağırova, "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Elşad Paşa oğlu Həsənov (13.06.1981, Göyçə mahalı – 02.10.2020, Kəlbəcər) – Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub; onun nəşi uzun müddət tapıla bilməmyib. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilib və II Fəxri Xiyabanında torpağa tapşırılıb.

Ruhu şad olsun!


Oxunma sayı: 2267

Oxşar yazılar