Hakimi hədələdiyinə görə cəzalanan Ramal Hüseynov: “Ona dedim ki...”

  • 13:16 - 04 Dekabr

Veteran futbolçu Ramal Hüseynov futbola qayıdar-qayıtmaz cəzalandırılıb. Karyerasını bitirdikdən sonra ilk dəfə "Səbail”in aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyə başlamağı planlaşdıran Hüseynov cəzaya məruz qalıb. O, U-16 Liqasında baş tutan ROFM – "Səbail” matçının 30-cu dəqiqəsində hakimi təhqir etdiyinə və hədə-qorxu gəldiyinə görə AFFA-ın İntizam Komitəsi tərəfindən 15 oyun stadiona girişinə qadağa qoyulub.

Avropa.info bildirir ki, veteran futbolçu qaynarinfo-ya açıqlamasında həmin vaxt baş verənlərdən danışıb:

"15 oyun cəza veriblər, problem yoxdur. Əsas odur ki, cəzanı mənə Allah verməsin, bunlar kimdirlər ki? Mənim üçün maraqlı deyil. İkincisi, əvvəlcə maraqlansınlar görsünlər ki, mən "Səbail”də rəsmi işçiyəm, müqaviləm var, yoxsa yox, sonra cəza versinlər. Mənim klubla müqaviləm yoxdur. Maraqlıdır ki, cəzanı verən futbol adamıdır, bu işi bilir ya yox? Mən "Səbail”də rəsmi şəxs kimi çalışmıram, sadəcə, elə-belə gedib-gəlirəm. Yazıblar, yazsınlar. Oyuna baxmağa getmişdim. Gördüm haqsızlıq var. Mən haqsızlığı qəbul etmirəm. "Səbail”in qapısına olmayan penalti verdilər, mən də sadəcə, narazılığımı bildirdim. Hakim qərarını dəyişmədi. Ona dedim ki, "səhv qərar vermisən”. Bunlar da yazıblar ki, guya təhqir edib, hədə-qorxu gəlmişəm. Belə şey olmayıb. Getsinlər oyunlarını başqa yerdə oynasınlar. Ramal Hüseynov futbola qayıdır deyə bəziləri qorxuya düşüb. Onlara demək istəyirəm ki, gedin başqa yerə, mənim meydançamda oynamayın. Bunu mənə qarşı pis fikirdə olan insanlara ünvanlayıram. "Səbail”dəki işimə gəlincə, bir aydır buradayam, seleksiyaçı-məşqçi kimi çalışıram, amma rəsmi şəkildə müqavilə bağlamamışam. Bunlar mənə necə cəza veriblər? Şikayət etmək, biz kişilərə yaraşmaz. Stadionlara girməyəcəyəm, problem yoxdur. Başqa şəkildə gücləri çatmır. Məni futboldan uzaqlaşdırmaq üçün oyun oynayırlar”.


Oxunma sayı: 5314

Oxşar yazılar