Rusiya şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırır

  • 12:03 - 04 Dekabr

Rusiyanın 2035-ci ilə qədər nəqliyyat strategiyası çərçivəsində ruslar ictimai nəqliyyatda şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmaq qərarına gəliblər. 

Avropa.info bildirir ki, bu barədə "Kommersant" hökumətin saytında müvafiq məlumata istinadən yazıb.

Bu cür tədbirlər avtomobil sahiblərinin ətraf mühitə daha az zərər vurmasını təmin etmək məqsədi daşıyır. Planda ekoloji cəhətdən təmiz mühərriklərə malik avtomobillərdən istifadənin minimuma endirilməsi, yolda səs-küy üçün “rəqəmsal nəzarət” yaradılması və elektrik avtomobilləri üçün yanacaqdoldurma məntəqələrinin sayının min dəfədən çox artırılması təklif edilir. “Kommersant” yazır ki, belə şəraitdə avtomobillərinə sadiq qalacaq vətəndaşlara digər ruslarla “nəqliyyat vasitələrinin birgə istifadəsi” təklif olunacaq. 

Sənəddə həmçinin növbəti 15 il üçün avtomobil, dəmir yolu, su, hava və digər nəqliyyat növlərinin inkişafı üzrə uzunmüddətli planlar öz əksini tapıb. Bu məqsədlər üçün 60 trilyon rubl xərclənməsi planlaşdırılır.


Oxunma sayı: 2993

Oxşar yazılar