Ağ Ev rəhbəri: ABŞ Putinin Ukrayna ilə gərginliyin artmasına mane olmaq üçün tədbirlər hazırlayır

  • 11:22 - 04 Dekabr

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin Ukrayna ilə gərginliyi daha da artırmaq və dünya ictimaiyyətinin qorxduğu addımlar atmasının qarşısını almaq üçün bir sıra tədbirlər hazırlayır. 

Avropa.info xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

Bayden qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının toplanması fonunda artan gərginliklə əlaqədar avropalı və ukraynalı tərəfdaşlarla sıx əlaqə saxlayırlar. 

“Rusiya prezidenti Vladimir Putinin öz hərəkətlərində daha da irəli getməsinin qarşısını almaq üçün ən əhatəli və məqsədəuyğun olacağına inandığım bir sıra tədbirlər hazırlayıram”, – ABŞ prezidenti bildirib.


Oxunma sayı: 2322

Oxşar yazılar