Ərdoğan Putinlə telefonla danışdı – Liderlər Azərbaycanla Ermənistan arasındakı prosesləri müzakirə ediblər

  • 11:02 - 04 Dekabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin telefonla Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdirilməsi yollarını müzakirə ediblər. 

Avropa.info xəbər verir ki, Türkiyə və Rusiya Federasiyasının liderləri arasında telefon danışığı dekabrın 3-ü cümə günü baş tutub. 

Ərdoğan və Putin regional məsələləri, xüsusilə də Azərbaycan və Ermənistan arasındakı prosesləri müzakirə ediblər. 

Bundan əlavə, Suriya, Liviya və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. 

Kremlin məlumatına görə, Putin Ərdoğana Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib. 

Kremldə qeyd edildiyi kimi, danışıqlar zamanı Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində əməkdaşlığa, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazır olmasının vacibliyi təsdiqlənib.


Oxunma sayı: 2586

Oxşar yazılar