Cozef Bayden ABŞ-ın "əsl prezidenti"nin adını açıqladı

  • 10:17 - 04 Dekabr

Ağ Evin rəhbəri Cozef Bayden ABŞ-ın baş infeksionisti Entoni Fauçini Birləşmiş Ştatların "əsl prezidenti" adlandırıb.

Avropa.info "Report"a istinadən bildirir ki, o, hökumətin pandemiya ilə mübarizə üçün yeni strategiyası ilə bağlı çıxışı zamanı zarafat edib.

Baydenin sözlərinə görə, Fauçi Ağ Evin işlərinə o qədər cəlb edilib ki, bəzən adama elə gəlir ki, o, əsl prezidentdir.

"Həkim Fauçini həyat yoldaşımdan tez-tez görürdüm, bir-birimizə zarafat edirik. Baxın, prezident kimdir? Fauçi!" - Amerika lideri deyib.

Cümə axşamı Bayden ölkədə qışda koronavirusun yayılması ilə mübarizə üçün yeni plan təqdim edib. Plana karantin qaydalarının tətbiqi daxil deyil. Ağ Ev administrasiyası sınaqların və peyvəndlərin genişləndirilməsinə diqqət yetirmək niyyətindədir.


Oxunma sayı: 3070

Oxşar yazılar