"Taliban"dan Əfqanıstanda 6 maddəlik qadın hüquqları fərmanı: Heç bir qadın zorla ərə verilə bilinməz, onların miras haqları var...

  • 00:13 - 04 Dekabr

Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid tvitter hesabından "Taliban" lideri Axundzadənin qadınlar üçün nikah və vərəsəlik haqqında verdiyi 6 bəndlik fərmanı paylaşıb. 

Avropa.info xəbər verir ki, Molla Hibetullah Axundzadənin verdiyi fərmanın birinci bəndinə əsasən ərə verilərkən yetkinlik yaşına çatmış qızların razılığının alınmasının məcburi olduğu, heç kəsin qadınları zorla ərə verə bilməyəcəyi bildirilir. Qadınların həyat yoldaşlarını seçə biləcəyi və miras haqlarının olduğu qeyd olunur.

İkinci bənddə "Qadın mülk deyil. O, alicənab və azad insandır. Heç kim onları qan davasını sona çatdırmaq üçün başqasına verə bilməz", deyilir.

Üçüncü bənddə ərin ölümündən sonra (4 ay 10 gün və ya hamiləlikdən sonra) ərin qardaşı və ya digər qohumunun dul qadını zorla nikaha daxil edə bilməyəcəyi, evlənmək və ya evlənməməyi özünün təyin etmək hüququ olduğu bildirilib.

Dördüncü bənddə deyilir ki, dul qadın ərə gedərsə, yeni ərindən mehr (nikah təzminatı) almaq və ya almamaq qadının öz ixtiyarındadır.

Beşinci bənddə isə qadının vəfat etmiş ərindən, övladlarından, atasından və ya digər qohumlarından vərəsəlik hüququna malik olması və ya əmlaka şərik olmaq hüququ olduğu vurğulanır, “Onu bu hüquqdan heç kim məhrum edə bilməz”,  ifadəsindən istifadə edilir.

Altıncı bənddə çoxarvadlı kişilərdən arvadlarının hüquqlarını tanımaları və arvadları arasında ayrı-seçkilik etməmələri istənilib.


Oxunma sayı: 5952

Oxşar yazılar