ABŞ Suriyada terrorçulara təlim keçməyə davam edir – Haseke vilayətində PKK terrorçuları üçün təlim kursu

  • 22:53 - 03 Dekabr

Haseke vilayətində PKK terrorçularının Suriya qanadı üçün təlim kursu təşkil olunub

ABŞ Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimal-şərqindəki Haseke vilayətində YPG (PKK-nın Suriya qanadı) terror təşkilatının daha yüzlərlə döyüşçüsünə təlim keçməyə başlayıb. 

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, noyabrın 28-də ABŞ xüsusi təyinatlıları terrorçular üçün təlimlər keçirmək məqsədi ilə 70 hərbçini İraq ərazisindən keçərək Suriyanın Haseke əyalətinə aparıb. 

ABŞ hərbçiləri ABŞ-ın hava bazasının yerləşdiyi Haseke şəhərinin şimal-şərqindəki Rumeylan bölgəsinə gəlib. 

Dekabrın 1-də burada terrorçuların təlimi başlayıb və təxminən bir aya yaxın davam edəcək. Təlimlər çərçivəsində terrorçulara yüngül, orta və ağır silahlardan istifadə, hücum və kəndlərə nüfuz etmə üsulları öyrədiləcək. 

Məlum olub ki, təlim keçdikdən sonra terrorçuların bir hissəsi Hassekdəki Şəddadi bölgəsinə, bir qismi isə Deyr əz-Zordakı Əl-Ömər neft yatağının ətrafına göndəriləcək, qalanları isə Rumeylanda qalacaq. 

DEAŞ-a qarşı beynəlxalq koalisiyanın tərkibində yer alan ABŞ və Fransa daha əvvəl Hasek və Deyr əz-Zorda YPG/PKK terrorçularına təlim keçib. 

ABŞ-ın aviabazaları, Əbdüləziz dağ idman kompleksi və Deyr əz-Zordakı Əl-Ömər neft yatağı terrorçuların məşq meydançasına çevrilib. 

Əvvəlki təlimlərdə terrorçulara silahdan istifadə, pilotsuz uçuş aparatları (PUA) ilə müəyyən edilmiş mövqeləri ələ keçirmə üsulları, artilleriya zərbələri, bazalara hücumların qarşısını almaq üçün manevrlər öyrədilmişdi. 

ABŞ-ın himayəsi altında Suriyada fəaliyyət göstərən fransız əsgərləri YPG/PKK terrorçularına artilleriya qurğularından istifadə üzrə təlim keçib. 

Belə ki, ABŞ və onun koalisiya qüvvələri 2015-ci ildən bəri minlərlə YPG/PKK terrorçusuna təlim keçib.


Oxunma sayı: 2795

Oxşar yazılar