Ermənistan parlamentinin deputatları Qarabağa qanunsuz səfərə hazırlaşır

  • 17:27 - 03 Dekabr

Ermənistan Milli Məclisinin nümayəndə heyəti Qarabağa qanunsuz səfər etməyi planlaşdırır.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, qanunsuz səfərlə bağlı "qərarı" Ermənistan parlamentinin sədri Alen Simonyan imzalayıb. 

Qeyd olunur ki, dekabrın 3-dən 5-dək Qarabağdakı separatçı rejimin nümayəndələri ilə birgə qondarma "parlament dinləmələri" keçiriləcək. 

Qarabağa qanunsuz səfər edəcək ermənistanlı deputatların siyahısına elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman komissiyasının sədri Sisak Qabrielyan, deputatlar Taquhi Ghazaryan, Lilit Galstyan, Hasmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan, Şahzadə Həsənov, eləcə də sözügedən komissiyanın ekspertləri daxildir. 


Oxunma sayı: 2344

Oxşar yazılar